Aktrisanın şəklini 100 min insan bəyəndi
Bülent Ersoy konsert verdi
“Sərrast atıcı 2”nin treyleri təqdim olundu
İrem Derici izləyicilərini tənqid etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Eurovision”da diqqət çəkən ifalar - video

15-05-2019


Ötən gün 64-cü “Eurovision” mahnı müsabiqəsi start götürüb.

Mtv.az xəbər verir ki, səhnəyə ilk olaraq Kipri təmsil edən Tamta “replay” mahnısı ilə çıxıb. Onun performansı Ukraynanı müsabiqədə təmsil etməyə hazırlaşan, lakin qatıla bilməyən Maruvun mahnısı və səhnə şousu ilə bənzərlik təşkil edib. Mahnısında olan çalarlar da buna zəmin yaradıb.



Finala vəsiqə qazanmasa da, Finlandiyadan çıxış edən Sebastian və Darud “Look Away” performansı ilə buna nail olub.



Gecənin maraqlı çıxışlarından biri də Polşanı təmsil edən Tulia qrupu olub. Ekstravaqant geyimləri ilə səhnədə olan solistlər “Fire Of Love” mahnısını ifa edib. Onlar finala keçə bilməyib.



“Friend Of A Friend” mahnısı ilə Çexiyanın adını ucaltmağa çalışan “Lake Malawi” qrupu finala keçməyi bacarıb.



Belarus təmsilçisi Zena “Like it” mahnısı ilə gecənin rəngli performansları arasında yer alıb və finala vəsiqə qazanıb.Qeyd edək ki, finala Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya vəsiqə qazanıb.



Xatırladaq ki, finala Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya vəsiqə qazanıb. (Axşam.az)

91 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 İyul






























21 İyul