Duet ortaqları evləndilər
Hazal Kaya hamilə olduğunu etiraf etdi
Fatimə sosial şəbəkədə yazdı 
Model pəncərə qarşısında çılpaq şəkil çəkdirdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Eurovision 2019” müsabiqəsinə start verildi

13-05-2019


“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsi İsraildə, Tel-Əviv şəhərinin mərkəzində, Qabim teatrında, 41 milli nümayəndə heyətinin iştirakı ilə başlayıb.

Mtv.az xəbər verir ki, “Eurovision kəndi” Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar bildirirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Tel-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.

Xatırladaq ki, Azərbaycanın “Eurovision 2019” təmsilçisi Çingiz Mustafayev ikinci məşqini də uğurla tamamlayıb. Təmsilçimiz “Eurovision-2019”da ikinci yarımfinalda “Truth” mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək.

22 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May


24 May