Aktyor Ege bölgəsində istirahət edir - foto
Rusiyanın Xalq artisti dünyasını dəyişdi
Asena uzun saçlarını kəsdirdi - foto
Musiqili Teatrın aktyoru vəfat etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Qarabağ” muğam qrupu Ankarada - foto

13-05-2019


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü, görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaranmasının 25 illiyi münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində möhtəşəm muğam konserti keçirilib.

Mtv.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi, UNESCO üzrə Azərbaycan və Türkiyə respublikalarının milli komissiyaları tərəfindən birgə təşkil olunan konsertdə ölkəmizin “Qarabağ” muğam qrupu musiqisevərlərin görüşünə gəlib.

Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin konsert salonunda təşkil olunan muğam gecəsi Azərbaycandan və qardaş ölkədən rəsmi şəxsləri, Ankara ictimaiyyətinin görkəmli simalarını, o cümlədən bu şəhərdəki soydaşlarımızı bir araya gətirib.









128 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22






21