Duet ortaqları evləndilər
Hazal Kaya hamilə olduğunu etiraf etdi
Fatimə sosial şəbəkədə yazdı 
Model pəncərə qarşısında çılpaq şəkil çəkdirdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Azərbaycanda 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan olundu

14-05-2019


Nazirlər Kabineti “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Mtv.az xəbər verir ki, Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən, “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” təsdiqlənib.

Həmçinin qərarla “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” da təsdiq olunub. Dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilmiş 11 film və 35 müəllifin əsərlərindən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb.

Əsərləri dövlət varidatı elan edilən müəlliflər - Qətran Təbrizi, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Aşıq Qurbani, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Aşıq Abbas Tufarqanlı, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Aşıq Ələsgər, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əhməd Cavad, Mikayıl Müşfiq, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əzim Əzimzadə, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyov, Səməd Vurğun və Əliağa Vahid.

Dövlət varidatı elan edilən filmlər - “Sevil ”, “Lətif ”, “İsmət”, “Mavi dənizin sahilində”, “Almaz”, “Bakılılar”, “Kəndlilər ”, “Səbuhi”, “Bir ailə”, “Arşın mal alan” və “Görüş” .

17 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May


24 May