Aktyor Ege bölgəsində istirahət edir - foto
Rusiyanın Xalq artisti dünyasını dəyişdi
Asena uzun saçlarını kəsdirdi - foto
Musiqili Teatrın aktyoru vəfat etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Oyuq” teatr-studiyası məharətini göstərdi

11-05-2019


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində olan “Oyuq” teatr-studiyası növbəti konsertini təqdim edib.

Mtv.az xəbər verir ki, “Ey Azərbaycanım” adlı konsert mayın 10-da Dənizkənarı Milli Parkda reallaşıb. Bulvar İdarəsi ilə teatrın birgə təşkil etdiyi konsert Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.

Klassik bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət rəngarəng konsert proqramında studiyanın yerli və beynəlxalq sənət müsabiqələrində iştirak edərək mükafatlar qazanan uşaqları çıxış ediblər.

Xatırladaq ki, bu konsert teatrın Dənizkənarı Bulvar İdarəsi ilə reallaşdırdığı növbəti konsert proqramıdır.

94 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22






21