Aktyor Ege bölgəsində istirahət edir - foto
Rusiyanın Xalq artisti dünyasını dəyişdi
Asena uzun saçlarını kəsdirdi - foto
Musiqili Teatrın aktyoru vəfat etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Heydər Əliyev Mərkəzinin parkında konsert oldu - foto

11-05-2019


Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı təqdim olunub.

Mtv.az xəbər verir ki, konsert proqramında Əməkdar artist Natiq Şirinovun “Natiq” ritm qrupu, “Rast” qrupu , Xalq artistləri Manana Caparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış ifaçılar Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və Mir Camal çıxış ediblər. Konsertdə Rusiyanın “S-BROTHER-S” DJ layihəsi tamaşaçılara maraqlı, çılğın anlar bəxş edib.

Estrada ulduzlarının səsləndirdikləri mahnı və kompozisiyalar alqışlarla qarşılanıb.

Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun 15 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

















129 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22






21