Aktyor Ege bölgəsində istirahət edir - foto
Rusiyanın Xalq artisti dünyasını dəyişdi
Asena uzun saçlarını kəsdirdi - foto
Musiqili Teatrın aktyoru vəfat etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

 Rusiya və Türkiyə musiqiçilərinin konserti başa çatdı

12-05-2019


Xəbər verdiyimiz kimi, qarşılıqlı Rusiya-Türkiyə Mədəniyyət və Turizm İli çərçivəsində mayın 8-də Antalyada ilk dəfə Türkiyə-Rusiya Klassik Musiqi Festivalı start götürüb.

Mtv.az xəbər verir ki, mayın 8, 9 və 11-də Sidedə Antik Teatrın səhnəsində Rusiya və Türkiyə musiqiçilərinin konsertləri keçirilib.

Tədbirin təşkilatçısının mətbuat xidmətindən bildiriblər ki, festival proqramının əsas iştirakçısı “Virtuozı Moskvı” Kamera Orkestridir. Orkestrin rəhbəri Vladimir Spivakov həm dirijor, həm də solo ifaçı kimi çıxış edəcək. Festivalda Rusiyanı soprano Anna Aqlatova, fleytaçı Sergey Juravlyov və akkordeonçu Nikita Vlasov, Türkiyəni virtuoz pianoçu Fazil Say təmsil edəcəklər. Qeyd edək ki, daha əvvəl F.Say 13 il ərzində Moskvada ilk dəfə solo konsertlə çıxış edib. Açılış konsertində böyük sovet bəstəkarı Dmitri Şostakoviçin və XX əsr Türkiyə bəstəkarlıq məktəbinin klassiki Nevit Kodallının əsərləri səslənəcək.

Tədbirin təşkilatçılarının sözlərinə görə, festivalın əsas məqsədi iki ölkə arasında dostluq münasibətlərini möhkəmləndirməkdir.

Festivalın ikinci günü üç dövrün – barokko, klassisizm və romantizm dövrlərinin instrumental musiqisinə həsr olunacaq. Türkiyə-Rusiya Klassik Musiqi Festivalı “Pyatsolla-qala” konserti ilə başa çatacaq.

Aprelin 8-də start götürən qarşılıqlı Rusiya-Türkiyə Mədəniyyət və Turizm İli dekabr ayına qədər davam edəcək. Onun proqramına istər Rusiyada, istərsə də Türkiyədə festivallar, konsertlər, tamaşalar, sərgilər, sirk tamaşaları daxildir. Mədəniyyət və Turizm İli İstanbulda Tretyakovsk Qalereyasının kolleksiyasından eksponatların sərgisi ilə başa çatacaq.

109 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22






21