Aktyorlar boşanmaq qərarına gəldilər
Hollivud ulduzu maddi sıxıntı yaşayır
Aktrisa mesaj yazır, amma cavab gəlmir
Həyat yoldaşı ilə motosikletə mindi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Soltan Hacıbəyovun xatirəsi yad edildi - foto

09-05-2019


Bəstəkar, SSRİ Xalq artisti, professor Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi tamam olub.

Mtv .az xəbər verir ki, bu münasibətlə musiqi ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda bəstəkarın xatirəsini anıblar.

Mərasimdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 1 aprel 2019-cu il tarixində sərəncam imzaladığını diqqətə çatdırıb. 

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək Soltan Hacıbəyovun həyat və fəaliyyətindən danışıblar.

Mərasimdə bəstəkarın ailəsi adından çıxış edən gəlini, tanınmış pianoçu, Xalq artisti, professor Ülviyyə Hacıbəyova sənətkarın xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.







565 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 İyul




























13 İyul