Aktyor Ege bölgəsində istirahət edir - foto
Rusiyanın Xalq artisti dünyasını dəyişdi
Asena uzun saçlarını kəsdirdi - foto
Musiqili Teatrın aktyoru vəfat etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakıda “Animafilm” Festivalı keçiriləcək

11-05-2019


Oktyabrın 18-21-də Bakıda növbəti dəfə “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Mtv.az xəbər verir ki, festivalın təsisçisi Rəşid Ağamalıyev film və ssenarilərin qəbuluna başlandığını deyib.

O bildirib: “Qürur hissi ilə bildirmək istərdim ki, keçən il biz bir ilkə imza atdıq. Sevimli şəhərimiz ilk dəfə beynəlxalq animasiya festivalına ev sahibliyi etdi. Biz bu gözəl ənənəni davam etdirmək və bu sahəni inkişaf etdirmək üçün səy göstəririk. Elə məhz buna görə də festivalın şüarını “Ənənə və inkişafa yeni baxış” kimi müəyyən etmişik. Həmçinin, bu il müraciətlər ən böyük festivallar platforması olan “FilmFreeway” vasitəsilə təqdim edilə bilər”.

Onun sözlərinə görə, Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə Festivalın “Qızıl qayıq” mükafatının laureatı Məsud Pənahi beynəlxalq münsiflər heyətinə rəhbərlik edəcək.

R. Ağamalıyev onu da deyib ki, bu il, həmçinin, uşaqlardan ibarət münsiflər heyəti də təsis olunub. “Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini beş nəfərdən ibarət olan uşaq filmlərinin münsiflər heyəti müəyyən edəcək.

Otuz iki ölkədən 60 müraciət qəbul etdiklərini deyən R. Ağamalıyev, son müraciət tarixinin iyulun 31-də başa çatacağını söyləyib.

Festival haqqında daha ətraflı məlumatı www.animafilm.az saytından əldə etmək olar.



106 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22






21