Evlənən müğənnilər ayrı yaşamağa başladılar
Modelin uşaqlarının bağça xərci 100 min lirədir
Hadisənin rəqsi bəyənilmədi - video
Müğənni imicini dəyişdirdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Aysu beynəlxalq müsabiqənin laureatı oldu - foto

01-05-2019


Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, “Humay” milli mükafatı laureatı, professor Azər Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsində Astara Uşaq Musiqi Məktəbinin VI sinif şagirdi Aysu Mustafazadə uğurla çıxış edərək laureat adı qazanıb.

Mtv.az xəbər verir ki, iki yaş qrupu üzrə (birinci qrup-16 yaşa qədər, ikinci qrup-16 yaşdan yuxarı) 3 mərhələdə keçirilən beynəlxalq müsabiqənin məqsədi uşaqlar, yeniyetmələr və gənclər arasında musiqi sənətinə marağın artırılması, müasir Azərbaycan bəstəkarlarının uşaq və gənclər üçün yaratdıqları əsərlərinin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin və tələbələrin ifaçılığının inkişafıdır.

Beynəlxalq müsabiqənin birinci yaş qrupunda Astara Uşaq Musiqi Məktəbinin VI sinif şagirdi Aysu Mustafazadə müəllimi Aybəniz Dadaşovanın rəhbərliyi ilə bütün mərhələləri uğurla keçərək birinci yerə layiq görülüb.

Münsiflər heyətinin qərarına əsasən Aysu Mustafazadəyə diplom, birinci dərəcəli laureat adı və pul mükafatı təqdim edilib.

Xatırladaq ki, A.Mustafazadə bu il Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş Bladimir Kraynev adına Pianoçuların III Beynəlxalq Müsabiqəsində də uğulda çıxış edib.





201 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr










































17 Oktyabr