Rəqsanə daha yaşamaq istəmir
Aparıcı Madonnanı səhv saldı
Müğənni 4 milyon dollarlıq qızıl əşyalarını itirdi
Aysel “Yeni dalğa” festivalına qatılır - video

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabah 21 dərəcə isti qeydə alınacaq

26-04-2019


Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. 

Mtv.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, aprelin 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 18-21 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu , nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

57 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May


























26 May