Rəqsanə daha yaşamaq istəmir
Aparıcı Madonnanı səhv saldı
Müğənni 4 milyon dollarlıq qızıl əşyalarını itirdi
Aysel “Yeni dalğa” festivalına qatılır - video

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Cövdət Hacıyev müsabiqənin qalibləri Vyanada konsert verdilər - foto 

26-04-2019


Dahi Avstriya bəstəkarı Volfqanq Amadeus Motsartın Vyanada yerləşən ev-muzeyində “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin qaliblərinin qala konserti keçirilib.

Mtv.az xəbər verir ki, konsertdən öncə Vyanada fəaliyyət göstərən "Culture Meeting Point" təşkilatının musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qaliblərinin klassik musiqinin beşiyi sayılan Vyana şəhərində konsert proqramı ilə çıxış etmələrindən məmnunluğunu bildirib.

Sonra müsabiqənin həmtəsisçisi, Florida Texnologiya İnstitutunun professoru, Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təhsil və mədəniyyət komitəsinin rəhbəri Pərvin Muradova (Hacıyeva-Dilbazi) tədbir iştirakçılarına müsabiqə barədə ətraflı məlumat verib. Qeyd olunub ki, müsabiqə Azərbaycan musiqisini təbliğ etmək, onun zəngin mədəni irsini ölkə hüdudlarından kənarda nümayiş etdirmək məqsədi daşıyır. Eyni zamanda, jürisində tanınmış musiqiçilərin yer aldığı müsabiqə gənc istedadları üzə çıxarmağı, peşəkar və həvəskar musiqiçilərin yaradıcılıq imkanlarını müəyyənləşdirməyi və onları həvəsləndirməyi, onların peşəkar səhnə üçün hazırlıq imkanlarını yoxlamağı hədəf seçib. Həmçinin bildirilib ki, müsabiqədə fiziki qüsurlu və məhdudiyyətləri olan musiqiçilər üçün ayrıca kateqoriya da təsis edilib.

Sonra müsabiqədə qalib gəlmiş gənc istedadlar konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Üzeyir Hacıbəyli, Cövdət Hacıyev, Volfqanq Amadeus Motsart, Fridrix Şopen, Tofiq Quliyev, Pyotr Çaykovski, Frans List və digər bəstəkarların əsərləri səsləndirilib. Müxtəlif ölkələri təmsil edən gənc istedadlarla yanaşı, müsabiqədə qalib gələn azərbaycanlı musiqiçilər Cavid Yusifzadə (fortepiano) və Nail Qurbanovun (tenor) ifaları da böyük maraqla qarşılanıb.







53 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May


























26 May