“Mətn” filmi Oskara təqdim edilə bilər
Şəbnəm Tovuzlu həmkarlarına meydan oxudu
Meyxanaçı imicini dəyişdi - foto
Müğənni ikinci dəfə ata oldu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabah hava isti olacaq

25-04-2019


Aprelin 26-na gözlənilən hava şəraiti açıqlanıb.

Mtv.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında aprelin 26-da Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli olacağı, Bakıda isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 16-21, Bakıda gecə 10-12, gündüz 19-21 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 40-50 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 26-27-də Abşeron yarımadasında mülayim yaz havası və meteoroloji amillərin norma daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

115 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 İyul












19 İyul