Hüsniyə imicini dəyişdi - foto
Murad Arif "Eurovision"a getmək istəyir
Əbdül Xalid həyat yoldaşı ilə boşandı
Kənan M.M.-in rol aldığı serialı mövsümü bitirdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Brilliant Dadaşova Rasim Balayevə irad bildirdi

09-03-2019


Xalq artisti Brilliant Dadaşova eyni titullu aktyor Rasim Balayevə irad bildirib.

Mtv.az xəbər verir ki, buna səbəb Balayevin Şəfiqə Məmmədova barədə yerli mediada söylədiyi sərt fikirlər olub.

B.Dadaşova aktrisanın tənqid edilməsini düzgün hesab etməyib: “Rasim Balayevin başımızın tacı, dəyərli aktrisamız Şəfiqə Məmmədovanın ünvanına söylədikləri məni məyus etdi. Rasim Balayev kimi dəyərli aktyorlarımız azdır. Bəlkə bu sözləri söylədikləri zaman ruh halı yaxşı olmayıb. Şəfiqə Məmmədova 30 il səhnədə olub, 50 ildir oranı tərk edib. 80 yaşı olduğunu düşünsək belə hesablar düz gəlmir, 1 yaşından səhnəyə çıxmayıb ki? Nəsimi filmində “Səni bu hüsnü-camal ilə, kamal ilə görüb, qorxdular haqq deməyə, döndülər insan dedilər” deyən aktyor heç bir xanım haqda belə sərt danışmaz. Şəfiqə xanım universitetdə müəlliməm olub. Onun haqda yazılanları oxuyanda bildim ki, o, heç kimə cavab verməyəcək. Şəfiqə xanım mərd,  sözün düzünü deməyi bacaran xanımdı. Mən də bunu ondan öyrənmişəm. Onu həmişə Sofi Lorenə bənzətmişəm. Amma biz onu dünyaya çıxarda bilmədik. Halbuki səhnə mədəniyyəti və aktrisalıq qabiliyyəti ondan çox yüksəkdir. Şəfiqə Məmmədova gücdür, qüvvədir. Pərdə arxasında olsa belə mədəniyyətimiz və tariximiz üçün çox iş görür”.

Xatırladaq ki, Rasim Balayevlə Şəfiqə Məmmədova arasında olan qalmaqal incəsənət və mədəniyyət nümayəndələrinin Prezidentlə görüşündən sonra baş tutub.

1024 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 May




































24 May