“Rembo” filminin yeni treyleri nümayiş olundu
Hadisə əvvəllər çörək sexində işləyib
Hollivud ulduzları birlikdə yemək yedilər - foto
Günay İbrahimli İzmirdə dincəlir - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Reper Mahmud festivalın qalibi oldu

11-02-2019


Altmış doqquzuncu San-Remo mahnı festivalının qalibi Milandan olan Misir əsilli italyan reper Mahmud elan edilib.

Mtv.az xəbər verir ki, müğənninin “Soldi” (“Pul”) kompozisiyası tamaşaçıların səs çoxluğunu qazanıb.

Müsabiqənin 24 iştirakçısının nəticələri yekunlayıcı prinsiplə hesablanıb. Belə ki, interaktiv səsvermənin nəticələri ilə iki münsif heyətinin – jurnalist və fəxri peşəkar heyətin səsləri toplanılıb. Dövlət televiziyası ilə yayımlanan müsabiqəni zaldan izləyən tamaşaçıların reaksiyasından onların nəticə ilə razılaşmadıqları bəlli olub.

San-Remoda gənc istedadların müsabiqəsinin qalibi olmuş Ultimo ikinci yeri tutub. Üçüncü yerdə isə pop-opera janrında püxtələşən II Volo triosudur. Trio artıq bir neçə il bundan əvvəl San-Remonın qalibi olub.

Tənqidçilərin dəyərləndirməsinə görə, ümumilikdə indiki festival daha çox rep kimi yeni elementlərin daxil olduğu müasir İtaliya mahnısının təqdimatı üçün yaxşı məkan rolunu oynayıb. Lakin bununla yanaşı, ənənəvi liriklik və melodiklik qorunub saxlanılır. Festivalın bədii rəhbəri və aparıcısı – müğənni və teleaparıcı Klaudio Balyoni özü də müsabiqənin qonaqları ilə duetlər ifa edib. Sonuncu gün onların arasında Eros Ramazzotti də olub.

KİV-lərin rəyinə görə, hazırkı festival yaşlı nəsildən ibarət ənənəvi auditoriyanı deyil, həm də gəncləri cəlb edib.

“Eurovision” mahnı müsabiqəsinin prototipi olan San-Remo festivalı 1951-ci ildən təşkil edilir. İtaliya televiziyasının inkişafı bir çox məsələlərdə San-Remo festivalı ilə bağlıdır. Belə ki, müsabiqə “Rai” teleradio şirkəti tərəfindən təşkil edilir və “Birinci kanal”la canlı yayımlanır.

971 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24




















23