Model çimərlik geyimində poz verdi - foto
Günel Ələkbərova şəxsi həyatından danışdı
İvana Sərt hicab geyindi - foto
Orxan Gəncəbayın oğlu bıçaqlanıb

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Nəsimi və musiqi” tədbirləri keçirilir

11-02-2019


Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqı bu əlamətdar tarixin Azərbaycanın mədəni həyatında layiqincə qeyd olunması məqsədi ilə silsilə tədbirlər həyata keçirəcək.

Mtv.az xəbər verir ki, bunu Bəstəkarlar İttifaqının mətbuat xidmətindən bildiriblər.

Bu yaxınlarda Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Şərqin mədəniyyət xəzinəsində görkəmli yer tutan böyük şair, filosof və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Gəncliyə töhfə” musiqi festivalı çərçivəsində konsertlər təşkil olunub.

Artıq maraqlı layihələrdən biri olan “Nəsimi dühasına musiqi töhfəsi” müsabiqəsinə start verilib. Bu layihənin iştirakçılarına Nəsiminin qəzəllərinin mətninə vokal bəstələmək təklif olunub. Müsabiqədə 20 gənc bəstəkar iştirak edir. Onların təklif etdikləri işlərdən ən yaxşı musiqi-instrumental nümunələr seçilərək sonradan keçiriləcək iki konsert axşamının proqramına daxil ediləcək.

Lakin bu o demək deyil ki, Nəsimi mövzusu təkcə gəncləri əhatə edəcək. Bəstəkarlar İttifaqı təşkilatın bütün üzvlərinə görkəmli humanist şairin poeziyasına müraciət etməklə bağlı çağırış edib.

Bundan başqa, “Nəsimi və musiqi” fundamental əsərinin üzərində iş aparılır. Kitabın müəllifi fəlsəfə üzrə sənətşünaslıq doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızıdır.

Kitabın “Nəsimi poeziyasında musiqi” adlı birinci fəslində Nəsiminin şeirlərində muğamlar və qədim musiqi alətlərindən geniş bəhs edilib. “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi poeziyası” adlanan ikinci fəsil dahi şairin obrazını və yaradıcılığını tərənnüm etmiş bəstəkarlar – Fikrət Əmirov, Cahangir Cahangirov, Azər Rzayev, Firəngiz Əlizadə və başqalarının əsərlərinin təhlilinə həsr olunub.

Bütün layihələrin əsas məqsədi müasir Azərbaycan bəstəkarlarının musiqisi ilə Nəsimi poeziyasının vəhdətinin yubiley ili ərzində Bakının konsert zallarında səslənməsidir.

892 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Aprel




























25 Aprel