Model çimərlik geyimində poz verdi - foto
Günel Ələkbərova şəxsi həyatından danışdı
İvana Sərt hicab geyindi - foto
Orxan Gəncəbayın oğlu bıçaqlanıb

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Seyid Şuşinskinin 130 illiyi qeyd olunacaq

04-02-2019


Prezident İlham Əliyev fevralın 4-də Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, respublikanın xalq artisti Seyid Şuşinskinin (Mir Möhsün ağa Seyid İbrahim oğlunun) 130 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Mtv.az xəbər verir ki, sərəncama əsasən, Seyid Şuşinskinin 130 illiyinə həsr edilmiş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Sərəncamda deyilir ki, Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadıb. Geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirib. Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində də təqdirəlayiq fəaliyyət göstərib.

1000 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Aprel




























25 Aprel