Aktrisanın şəklini 100 min insan bəyəndi
Bülent Ersoy konsert verdi
“Sərrast atıcı 2”nin treyleri təqdim olundu
İrem Derici izləyicilərini tənqid etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Teatrda Fəxrəddin Manafovun zəngini gözləyirlər

09-01-2019


“Hazırda xalq artisti Fəxrəddin Manafovun zəngini gözləyirik”.

Mtv.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Rus Dram Teatrının mətbuat katibi İlham Məmmədov deyib.

Onun sözlərinə görə, F.Manafov rəsmi şəkildə teatrın işçisidir: “Fəxrəddin Manafovun çıxış etdiyi “Mərasim” tamaşası repertuarımızda var. Səhnə əsəri ayda bir dəfə nümayiş etdirilir. Tamaşanın rejissor köməkçisi onunla əlaqə saxlayıb və nə vaxt oynamaq istədiyini soruşub. Nə vaxt istəsə, gəlib rolunu ifa edə bilər. Teatrda xalq artisti üçün bütün şərait yaradılıb. Səhnə əsərinin nümayişi Fəxrəddin Manafovdan asılıdır”.

F.Manafov bir müddət əvvəl çalışdığı Rus Dram Teatrından işdən çıxdığını bildirmişdi.

Mədəniyyət Nazirliyinin rəhbərliyi aktyorun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onu narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq vermişdi. (Report) 

857 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 İyul






























21 İyul