Rihanna yeni fotosessiya etdirdi 
“Diriliş Ertoğrul”un final günü bəlli oldu
Aktrisaya Dubaydan təklif gəldi
Ziya Ağa Moskvada qalibi seçildi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Məşhur pianoçu Bakıda konsert verəcək

12-01-2019


Bu il aprelin 8-də məşhur virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Mtv.az xəbər verir ki, ifaçı konsertdə öz repertuarında olan mahnılarla yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət edəcək.

Biletləri şəhərin kassalarından, bütün “ASAN xidmət” və onlayn iticket.az-dan əldə etmək olar.

Denis Matsuyevın sürətli yüksəlişi 1998-ci ildə Moskvada P.İ.Çaykovski adına beynəlxalq müsabiqədəki qələbədən sonra başlayıb. Bu gün Denis Matsuyev dünyanın ən yaxşı konsert zallarının arzuolunan qonağı, ən nəhəng musiqi festivallarının mühüm iştirakçısı, Rusiya, Avropa, Şimali Amerika və Asiya ölkələrinin aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşıdır.

745 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Mart






























24 Mart