Aktrisanın şəklini 100 min insan bəyəndi
Bülent Ersoy konsert verdi
“Sərrast atıcı 2”nin treyleri təqdim olundu
İrem Derici izləyicilərini tənqid etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Parisdə muğam triosunun konserti olacaq

10-01-2019


Parisin “Theatre de la Ville” teatrının birgə təşkilatçılığı ilə Azərbaycan muğam triosunun konserti olacaq.

Mtv.az xəbər verir ki, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası təşkilatçılığı ilə yanvarın 12-də “Theatre des Abbesses” zalında keçiriləcək konsertdə Əməkdar artist Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edəcək.

Paris “Theatre de la Ville” teatrı ötən əsrin 90-cı illərindən Azərbaycan muğam ifaçılarını hər il proqramına daxil edir. Alim Qasımov, Nəzakət Teymurova, Arzu Əliyeva, Ehtiram Hüseynov kimi muğam ifaçılarımızın adları Fransa musiqisevərlərin yaddaşında əbədi həkk olunub.

Teatrın internet səhifəsində Azərbaycan muğam ifaçıları, eləcə də muğamımızın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən yazılıb. Yeni nəsil muğam ifaçıları formalaşdığı bildirilib.

“Theatre de la Ville” ABŞ, Hollandiya, İtaliya və digər ölkələrlə mədəniyyət layihələri həyata keçirir.

798 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 İyul






























21 İyul