Fatimə bahalı üzüyünü itirdi
Arnold Şvarseneqqerin qızına evlilik təklifi gəldi 
Pərəstişkarları ona Kraliça Səmra deyirlər
Xatirə İslam əməliyyat olundu - video 

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Azərbaycan haqqında veriliş yayımlandı - foto

07-01-2019


Yeni ilin ilk günlərində Yaponiyanın populyar Fuci telekanalı Azərbaycan haqqında veriliş yayımlayıb.

Mtv.az xəbər verir ki, “Dünya” adlı verilişdə Azərbaycanın coğrafi mövqeyi, əhalisi, tarixi və mədəniyyəti haqqında geniş məlumat verilib. Azərbaycanın Yaponiyadan təyyarə ilə 15 saatlıq məsafədə yerləşdiyini qeyd edən aparıcı ölkəmizin çox əlverişli coğrafi mövqeyə sahib olduğunu bildirib. Müstəqilliyini 1991-ci ildə bərpa edən Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurlar diqqətə çatdırılıb.

Verilişdə Bakı şəhərindəki “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi, SOCAR-ın binası, Bakı Kristal Zalı və digər möhtəşəm tikililərin müasir dizaynı barədə söhbət açılıb. “Alov qüllələri”nin şəhərin rəmzi olduğu qeyd edilib.

İçərişəhərdə və Nizami küçəsində aparılan çəkilişlər zamanı şəhərin mərkəzində yerləşən bu iki yerin tikililəri ilə tarixi və müasir Azərbaycanı əks etdirdiyi vurğulanıb. Yapon izləyicilər ölkəmizin müasirliyi ilə diqqəti cəlb edən turizm potensialı və mövcud infrastrukturu barədə də ətraflı məlumatlandırılıb.

Tamaşaçılara ölkəmizin rəmzlərindən biri hesab edilən, dünyaca məşhur Azərbaycan xalçaları barədə də geniş məlumat verilib.

Veriliş boyunca azərbaycanlıların çox istiqanlı, mehriban, qonaqpərvər və əməksevər bir xalq olduğu qeyd edilib.(Azərtac) 













751 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Yanvar














16 Yanvar