Xatun Əliyeva Toliklə küsülüdür
Müğənninin evinin tavanı çökdü - foto
Günelin bu şəkli təəccüb doğurdu 
Model küçəyə busqalterdə çıxdı- foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

"Maşın-Şou" iştirakçıları bəlli oldu

06-12-2018


"Maşın" realiti-şousunun başlamasına bir neçə günlər qalıb. 

Mtv.az xəbər verir ki, xalq artisti Murad Dadaşovun sahibi olduğu "M group production" hər zaman olduğu kimi, yenə də iştirakçıların adını sirr saxlamağa çalışıb. Amma bir neçə gündür mediada yarışmaya qatılacaq tanınmışlardan bəzilərinin adları yayılıb. 

Məlumata görə, "Maşın"ın 17-ci buraxılışında şairə Nazilə Səfərli də yer alacaq. Digər adının bəlli olduğu məşhur isə müğənni Mina Hüseyndir. O da avtomobil ətrafında dayanan 18 iştirakçıdan biri olacaq. 17-ci buraxılışda tamaşaçılar aparıcı Firuzə Cəlilovanı da (Fira) görə biləcəklər. 

Bu, Mina və Nazilənin şouda ilk iştirakı olacaq. Fira isə artıq ikinci dəfə yarışmaya qatılacaq. 

Xatırladaq ki, bundan əvvəl şouda iştirak edəcək iştirakçılardan əməkdar artist Rühəngiz Allahverdiyeva, aktyor Taleh Yüzbəyov, meyxanaçı Ələkbər Yasamallının adı mediada açıqlanmışdı. 

Şou dekabrın 13-dən etibarən yayımlanacaq.



670 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Dekabr


























14 Dekabr