Xatun Əliyeva Toliklə küsülüdür
Müğənninin evinin tavanı çökdü - foto
Günelin bu şəkli təəccüb doğurdu 
Model küçəyə busqalterdə çıxdı- foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Çində Azərbaycan musiqisi şöləni yaşandı - foto

06-12-2018


Çin Xalq Respublikasının Anxoy vilayətinin Benbu şəhərində 2-ci Çin ticarət və mədəni mübadilə beynəlxalq forumu, paralel olaraq Çin beynəlxalq musiqi alətləri sərgisi keçirilib.

Mtv.az xəbər verir ki, müxtəlif xalqlar arasında mədəni mübadilənin gücləndirilməsi ilə “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsinə dəstək məqsədi daşıyan hər iki tədbirdə 40-a yaxın ölkə təmsil olunub. Azərbaycan tədbirdə xüsusi qonaq qismində iştirak edib.

Təbirdə Azərbaycana aid videoçarxlar nümayiş olunub. Beynəlxalq forum və sərgi çərçivəsində “Əsrarəngiz Azərbaycan musiqisi Benbuda” adlı konsert təşkil edilib. Konsertdə ölkəmiz və onun mədəniyyəti, musiqisi haqqında məlumat verilib. Konsertdə Əməkdar Artist Toğrul Əsədullayev (kamança), gənc musiqiçilər Günay İmamverdiyeva (xanəndə), Kamal Nuriyev (tar) və Emin Cəbrayılovun (nağara) ifasında Azərbaycan muğamları, təsniflər, xalq mahnıları səsləndirilib. Azərbaycan musiqisinə böyük maraq göstərən qonaqlar musiqimizin sədaları altında rəqs də ediblər. Tarda Çin xalq və Avropa klassik musiqisindən parçaların ifası isə tədbir iştirakçılarının təəccübünə və heyrətinə səbəb olub.

 















617 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Dekabr


























14 Dekabr