Xatun Əliyeva Toliklə küsülüdür
Müğənninin evinin tavanı çökdü - foto
Günelin bu şəkli təəccüb doğurdu 
Model küçəyə busqalterdə çıxdı- foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Teatr Xadimləri İttifaqında xatirə tədbiri keçirildi - foto

05-12-2018


Azərbaycan Teatr Xadimləri İttifaqında milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Gülxar Həsənovanın anadan olmasının 100, Əməkdar artist Hamlet Qurbanovun 80 illik yubileylərinə həsr edilmiş xatirə tədbiri keçirilib.

Mtv.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşıb.

Görkəmli sənət adamlarının, ziyalıların və sənətkarın doğmalarının qatıldıqları tədbirin iştirakçıları əvvəlcə Gülxar Həsənovanın və Hamlet Qurbanovun yaradıcılıq yoluna həsr edilmiş fotosərgi ilə tanış olublar.

Xalq artistləri Hacı İsmayılov, İlham Namiq Kamal, Ağakişi Kazımov, Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə və başqaları tədbirdə çıxış edərək sənətkarların həyat və yaradıcılığından söz açıb, mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıblar.

Tədbirdə G.Həsənovanın və H.Qurbanovun ifa etdikləri tamaşa və filmlərdən videogörüntülər nümayiş olunub.











590 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Dekabr


























14 Dekabr