Xatun yaxın günlərdə efirə qayıdır
Cennifer Lopes hamını heyran etdi - foto
Zümrüd görkəmini dəyişdi - video
Nadir Qafarzadə konsertə 50 min xərcləyib

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Emin Sabitoğlunun 81-ci ildönümü tamam olur

02-11-2018


Bu gün görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 81-ci ildönümü tamam olur.

Muztv.az xəbər verir ki, o, 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın film musiqisinin müəllifidir.  

Ölməz bəstəkarın yubileyi ötən il dövlət səviyyəsində keçirilib. Bununla bağlı Prezident İlham Əliyev ötən ilin avqustun 5-də “Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam əsasən hazırlanan tədbirlər planına uyğun olaraq sənətkarın 80 illik yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilib.

Bir payız axşamı görkəmli dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açan Emin sonralar məşhur mahnılarından birində söylədiyi kimi, “haradan gəlib hayana gedəcəyini” çox gözəl bilirdi. Belə olmasaydı, Üzeyir Hacıbəyli adına Azərbaycan Konservatoriyasının nəzdindəki orta musiqi məktəbində (indiki Bülbül adına məktəbdə) təhsil almazdı, 1954-cü ildə Konservatoriyada, Qara Qarayevin sinfinə daxil olmazdı, 1957-1961-ci illərdə təhsilini P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirməzdi.

Sonralar o, “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) müəllim işləyib.

Ötən yüzillikdə Azərbaycan musiqisi tarixində layiqli iz qoyub getmiş Emin Sabit oğlu Mahmudov milli bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biridir. Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli bəstəkarın kino və tamaşalarda səslənən musiqiləri dillər əzbəridir, ayrı-ayrı müğənnilərin repertuarında geniş yer tutur. Onun filmlərə yazdığı musiqilər yüksək mədəniyyət, zəngin dünyagörüşü və yaradıcı intellektin məhsuludur. Elə bunun nəticəsində də bədii əsərlərin təcəssümü olan zamanın ruhunu çox dəqiqliklə hiss etdirir, hadisələrin məğzini açır. Emin Sabitoğlu musiqisi emosional ekran poeziyası kimi baxımlıdır. Bəstəkarın kino musiqisi tamaşaçını filmlərdəki hadisələrə daha çox ürəkdən təmas etməyə, daxilən obrazlarla ünsiyyət qurmağa təkan verir, hətta film bitdikdən sonra da tamaşaçını özünün emosional təsirində saxlayır. Bəstəkar tanınmış rejissorlardan - Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Arif Babayev, Tofiq Tağızadə, Rasim Ocaqov və Vaqif Mustafayevlə əməkdaşlıq edib, onların çəkdikləri filmlərə yaddaqalan musiqi bəstələyib.

Bu gün - noyabrın 2-si onun ad günüdür - özü aramızda olmasa da, mahnıları dilimizin əzbəri olan Emin Sabitoğlunun... O mahnılar, o musiqilər ki, hər dəfə ifa olunduqca qəlbimizdə romantik duyğular oyadır, bizi bizdən alıb çox-çox uzaqlara aparır. Elə uzaqlara ki, orda yaşıl ada var, “bir axşam taksidən payıza düşüb”, “bahar həsrəti ilə payız axşamında”, “yağışın əlindən qaçıb”, “üzü dənizə sarı dayanır”...

Lakin üz tutub getdiyi dənizdəki yaşıl ada, nə aradan ötüb keçən illər onu – bənzərsiz və qənirsiz musiqilərin bəstəçisi olan Emin Sabitoğlunu bizdən ayıra bilməz, çünki yadigar qoyub getdiyi həmin bəstələr hər gün evimizdə, ekran və efirimizdə və qəlbimizdə səslənir...

Bir də “Dədə Qorqud”da, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə, “Evləri köndələn yar”da, “Özgə ömür”də, “Ad günü”ndə, “Gün keçdi”də, “Bəyin oğurlanması”nda, “Otel otağı”nda...(Azərtac)









806 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Noyabr


12 Noyabr