Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakıda üç korifeyə ithaf edilmiş konsert - foto

12-10-2018


M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artistləri - görkəmli bəstəkarlar Qara Qarayevin 100, Arif Məlikovun 85 illiyinə, habelə Xəyyam Mirzəzadənin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim olunub.

Muztv.az xəbər verir ki, oktyabrın 11-də baş tutan konsert Mədəniyyət Nazirliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə hər üç bəstəkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri haqqında ətraflı məlumat verilib.

Gecədə Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Solisti Maksim Vengerov olan konsertdə Arif Məlikovun "Metamorfozlar" simfonik poeması, Xəyyam Mirzəzadənin II simfoniyası ("Triptix") və Qara Qarayevin skripka və orkestr üçün konserti (üç hissədə) səsləndirilib.

Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin izlədiyi konsert maraqla qarşılanıb.







640 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr