Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Xalq mahnıları festivalı”nda növbəti konsert oldu - foto

11-10-2018


Azərbaycan Milli Konservatoriyasında (AMK) “Mədəniyyət” kanalının layihəsi olan “Xalq mahnıları festivalı” çərçivəsində növbəti konsert təqdim edilib.

Muztv.az xəbər verir ki, konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Mədəniyyət kanalının direktoru, Əməkdar artist Ramil Qasımov festivalın işinə uğurlar arzulayıblar, Azərbaycan xalq mahnılarının təbliği istiqamətində aparılan tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Maraqla qarşılanan konsertdə AMK-nın tələbələri Azərbaycanın xalq mahnılarını ifa ediblər.

Xatırladaq ki, oktyabrın 12-dək davam edəcək festival “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Festival çərçivəsində tədbirlər Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil edilir. (Azərtac) 









610 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr