Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bu gün Tofiq Quliyevin xatirə günüdür - foto

04-10-2018


Bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin xatirə günüdür. Böyük sənətkarın vəfatından 18 il ötür.

Muztv.az xəbər verir ki, bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək Tofiq Quliyevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Anım mərasimində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş Tofiq Quliyevin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir. O, müxtəlif illərdə 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. Eyni zamanda, bir çox kino musiqilərinin müəllifidir. Bütün bunlarla yanaşı, Tofiq Quliyev estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri əbədiyaşardır: “Bu gün böyük bəstəkar aramızda olmasa da, onun mahnıları müxtəlif tədbirlərdə, konsertlərdə daim eşidilir. Ona görə ki, T.Quliyevin mahnıları, ayrı-ayrı tamaşalar üçün yazılan musiqiləri bizim musiqi tariximizə qızıl həriflərlə yazılıb və könlümüzdə daim yaşayacaq. Fəxr edirəm ki, bu böyük bəstəkarın rəhbərliyi altında Bəstəkarlar İttifaqında onunla bir yerdə çalışmışam”, - deyə F.Əlizadə bildirib.

Ümummilli lider Heydər Əliyevin bəstəkara olan münasibətindən söhbət açan F.Əlizadə deyib: “1997-ci ildə Tofiq Quliyevin 80 illiyinə həsr olunan yubiley mərasimində ulu öndər Heydər Əliyev bəstəkara xitabən bildirmişdi ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq Tofiq Quliyev musiqisi yaşayacaq”.

Görkəmli sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Tofiq Quliyevin mahnıları ilə milyonlarla dinləyicinin qəlbini fəth etdiyini söyləyib: “O, Azərbaycan xalqının qəlbinə təkcə sənəti və musiqisi ilə deyil, eyni zamanda, şəxsiyyəti ilə yol tapan görkəmli ziyalılardandır”.

Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin direktoru Gülnarə Səfərova çıxışında bildirib ki, bəstəkarın adını daşıyan məktəbin üzərinə böyük məsuliyyət düşür: “Çalışacağıq ki, onun adını layiqincə doğruldaq. Azərbaycan xalqı yaşadıqca, böyük bəstəkarın əsərləri daim səslənəcək”.

Tədbirdə bəstəkarın ailə üzvləri adından oğlu, görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə iştirakçılara minnətdarlığını bildirib. (Azərtac) 







689 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr