Modelin geyimi başına bəla oldu - foto
Pantomima Teatrı yeni tamaşasını göstərdi
Seren həyat yoldaşı ilə dodaq-dodağa
Hacı İsmayılov arxiv fotolarını paylaşdı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Qarmon ifaçısı ilə müğənni arasındakı qalmaqal davam edir

14-09-2018


Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlü ilə müğənni Mənzurə Musayeva arasında qalmaqal davam edir.

Muztv.az xəbər verir ki, M.Musayeva ötən proqramlardan birində onun haqqında danışan G.Şükürlüyə cavab verib.

İfaçı bildirib ki, Gülbahar verilişdən sonra ona zəng vurub və məcburən onun dalınca  danışdığını söyləyib: “Gülbahar, halal olsun, yaxşı danışmısan. Özü də bilmir ki, nə danışır. Ağzına gələni deyib. Sənin belə danışmağını bilmirdim. Verilişə açıqlama verəndən sonra mənə zəng etdin, yalvardın ki, müsahibə vermişəm, amma pis anlama. Özü də dedi ki, Tolik məni məcbur etdi, danışdım. Mən qalmaqalla gündəmə gəlməmişəm. Xalq məni sevir. Gülbahar getsin qarmonunu çalsın, başqa işə qarışmasın. Bu insanların paxıllıqları artıq bitsin”.

Xatırladaq ki, G.Şükürlü M.Musayeva barədə belə bunları demişdi: “Bir toyda Mənzurə salam vermədən yanımızdan keçdi. Sonra başladı oxumağa. Toy yiyəsi də məndən elə bir mahnı istəmişdi ki, o musiqiyə sözlər yox idi. Amma Mənzurə həmin musiqinin üstünə mahnı oxudu. Mənzurə oxuyub qurtarandan sonra yenidən o mahnını ifa etdim. Bu zaman o durub mənim üstümə gəldi. Dedi ki, sən niyə mənə ilişirsən? Mən də "toy yiyəsi nə istəyib, onu da ifa edirəm" dedim. Gördüm ki, deyinir. Qarmonu kənara qoydum, yaxınlaşdım ki, nə olub? Söylədi ki, mən ayda 30 toya gedirəm. Mən də dedim ki, nə olsun? Adın ki, Mənzurədir. Respublikamızda 2 min müğənni olar, amma sən o siyahıda yoxsan. Amma 20 qarmon ifaçısı varsa, mən o siyahıda varam”. 

599 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr










14 Noyabr