Günel ailə qurmamağının səbəbini açıqladı
Hollivud ulduzu istirahətini övladları ilə keçirdi - foto 
Firuzə İbadova xatirələrini bölüşdü
Kərim saatının və papağının qiymətini açıqladı 

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Tanınmış müğənnilər dostluq konsertində - foto

13-09-2018


Daşkənddəki “Turkistan” sarayında Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş dostluq konserti keçirilib.

Muztv.az xəbər verir ki, konsertdə Azərbaycanın tanınmış müğənniləri də iştirak edib.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunan dostluq konsertində dövlət və hökumət nümayəndələri, səfirlər, ictimaiyyət nümayəndələri, diasporumuzun təmsilçiləri, jurnalistlər iştirak ediblər.

Konsertdə Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artisti, bu il Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi, “Muğam” instrumental qrupunun rəhbəri Sahib Paşazadə, Əməkdar artist Nigar Şabanova və gənc xanəndə Abgül Mirzəliyev, həmçinin özbək müğənniləri Azərbaycan və özbək dillərində mahnılar ifa ediblər. Gülyanaq Məmmədovanın tamaşaçılarla birgə ifası xüsusi anşlaqla qarşılanıb.

Tədbirdə Özbəkistandakı AMM-nin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı da çıxış edib.

 













572 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr


21 Noyabr