Ajda Pekkana gənc müğənni eşq elan etdi
Cennifer Lopez yeni fotolarını paylaşdı
Zamiq Hüseynov solo konsert verəcək  
"Ailəm müəyyən səbəblərə görə dağıldı" - Elza  

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Rasim Balayev səhhəti ilə bağlı yazılanları təkzib etdi 

07-09-2018


Xəbər verildiyi kimi, üç gün əvvəl Xalq artisti, tanınmış aktyor Rasim Balayevin xəstəxanaya düşməsilə bağlı məlumatlar yayılmışdı.

Muztv.az modern.az-a istinadla xəbər verir ki, aktyor səhhətilə bağlı yazılanları təkzib edib:

"Yalan yazıblar. Bir qız zəng elədi ki, "səhhətiniz necədir?". Dedim həkimə gedirəm, "tok"a-fizioterapeyaya yazıb həkim. Fizioterapeyaya hamı gedir də. Bu da götürüb yazıb ki, "Rasim Balayevin səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi". Bu adam yazdığının məsuliyyətini dərk etmir. Bilmir ki, mənim qohum-əqrəbam var. Guya elə bilib ki, mən reanimasiya demişəm. Reanimasiyaya adam özü getmir eyyy! Adam reanimasiyalıq olanda başqaları onu aparır.

Xəbəri oxuyandan sonra zəng vurdum. Dedim ayıbdır, utanmırsan?! Mənim bütün qohum-əqrabam zəng edir. Narahat olublar. Mən necə deyə bilərəm ki, reanimasiyaya gedirəm?! Üzümə qarşı deyir ki, "mən elə yazmasam, saytı oxumurlar". Dedim sənin saytının oxunması üçün məndən, xəstəliyimdən istifadə edirsən?! Dedim bir də mənə zəng eləmə".

Akrtoy hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb:

"Yaxşıyam, 70 yaşında adamın ayağında sinir ağrısı olması normaldır.  Niyə şişirdirlər axı?! İndi cavanlarda da bu hal var".

736 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18






































17