Modelin geyimi başına bəla oldu - foto
Pantomima Teatrı yeni tamaşasını göstərdi
Seren həyat yoldaşı ilə dodaq-dodağa
Hacı İsmayılov arxiv fotolarını paylaşdı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Zeynəb Xanlarovanın səhhətində problem yoxdur - oğlu

07-09-2018


Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın səhhətində problemlərin yarandığı iddia olunurdu.

Muztv.az xəbər verir ki, Modern.az saytı iddialara cavab almaq üçün oğlu Ramin Babayevlə əlaqə saxlayıb.

Ramin Babayev deyib ki, anasının səhhəti normaldır və o, sənəti ilə məşğuldur: “Bilirəm ki, Zeynəb Xanlarova ilə hamı maraqlanır. Araya bir az sükut çökən kimi şayiələr yayılır. Övladı olaraq deyə bilərəm ki, anamın səhhəti çox yaxşıdır. Yay boyunca həm istirahət edib, həm də sənəti ilə məşğul olub.  Gah Amerikada, gah da Türkiyədə olur. Bu yaxınlarda Türkiyənin paytaxtı Ankara da daxil olmaqla, bir neçə şəhərdən konsert verməsi ilə bağlı təkliflər gəlib. Çalışır ki, təklifləri cavabsız qoymasın, konsertlər versin. Demək olar ki, Zeynəb xanım tez-tez Azərbaycana gəlib-gedir. Yeni mövsümdən ölkədə olacaq”.

751 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr










14 Noyabr