Mətanət Əsədova içdi və oxudu - video 
Günay İbrahimli Bodrumda dincəlir - foto
Selen Görgüzel ayaqyalın alış-veriş mərkəzində - foto
Müğənni şəxsi həyatı ilə bağlı açıqlama verdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Teatr rejissoru 61 yaşında vəfat edib

10-08-2018


Teatr rejissoru və aktyor, Rusiyanın Əməkdar Artisti və Əməkdar İncəsənət Xadimi Dmitri Brusnikin 61 yaşında vəfat edib.

Muztv.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Moskva “Praktika” teatrının mətbuat xidməti məlumat yayıb. Çexov adına Moskva Bədii Teatrı aktyorun vəfatını böyük itki kimi dəyərləndirib.

2015-ci ildə Moskva Bədii Teatrının nəzdindəki məktəb-studiyanın buraxılış kursu, “Dmitri Brusnikinin emalatxanası” kimi tanınan qrup tam heyətdə “Çelovek” Moskva Dram Teatrına qəbul edilib, D.Brusnikin isə teatrın bədii rəhbəri təyin olunub. 2017-ci ildə “Dmitri Brusnikinin emalatxanası” tam heyətdə Moskvanın “Praktika” eksperimental teatrının truppasına daxil edilib.

Bu ilin may ayında Moskva Mədəniyyət Departamenti D.Brusnikini “Praktika” teatrının direktoru təyin edib. Avqust atında o, teatrın bədii rəhbəri vəzifəsinə keçib.

387 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19




















18