Mətanət Əsədova içdi və oxudu - video 
Günay İbrahimli Bodrumda dincəlir - foto
Selen Görgüzel ayaqyalın alış-veriş mərkəzində - foto
Müğənni şəxsi həyatı ilə bağlı açıqlama verdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Stilist müğənnilərin geyimlərinə qiymət verdi 

09-08-2018


Stilist Elnur Həsənov müğənnilərin geyimləri barədə açıqlama verib.

Muztv.az xəbər verir ki, stilist əvvəlcə müğənni Elnarə Xəlilovadan danışıb. O, ifaçı haqqında deyilən "zövqsüzdür" sözlərinə münasibət bildirib:

"Ailə qurmazdan əvvəl övladları yox idi. Ən dəbli idi, səhnələri dağıdırdı. Əgər bir insan zövqlüdürsə, tendensiyanın arxasınca gedibsə, haqqı yoxdur bu gün tamaşaçıların qabağına zövqsüz çıxıb, göz korlamağa. Səhnə rahatçılığı sevir, risk tələb edir. Bəlkə də, zövqsüz deyə bilərəm. Amma insana bu formada rahatdır. Hansısa layihədə də belə görəcəmsə, onda zövqsüz deyəcəm. Onu illər əvvəl, prodakşında çalışdığı vaxtlarda fərqli üslubda görmüşük. İndi ana olub, bəlkə başı uşaqlara qarışıb".
 
Aşıq Telli Borçalıdan danışan Elnur ona məsləhət verib: “Telli Borçalı stilistə müraciət etməlidir. Məncə etsə, zövqsüz olmaz. İnsanı yönləndirsən, ətrafında yaxşı insanlar olsa, düzələr. Onu səhnəyə çıxan gündən uzun libasda gördük. Daha fərqlisini edə bilər. Dərisi çox parlaqdır. Bir az təbii makiyaj edilsə, zövqlü görünəcək”.

E.Həsənov Əməkdar Artist Elza Seyidcahanın tərzini qınayanlara etiraz edib:

“Onun tərzi var. Nə və necə geyindi fərq etmir. Yaxşı və ya pis mənada gündəm yaradırsa, demək, tərzi var. Niyə bu gün Bülənt Ərsoyu görəndə bəyənirik, stilinə təəccüblənirik? Qadının öz tərzi var. Bir gün başına qəlyan qoymasın qınadılar, bir gün başqa şeyi. Bunu düşünür, tapır, niyə pislənməlidir?”.

65 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19




















18