Keçmiş model gülümsəyərək poz verdi
Rəqsanənin əkizləri küvəzdə saxlanılır
Yeganə klipə bir evin pulunu ödəyib
Mənzurə ailəsini gizlədənləri qınadı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Aşıq Hüseyn Bozalqanlının 155 illiyi qeyd olunacaq

08-08-2018


Aşıq sənətinin görkəmli nümayəndəsi, dastançı və “Koroğluxan” aşıq, aşıq ədəbiyyatının dərin bilicisi, görkəmli sənət ustası Aşıq Hüseyn Bozalqanlının anadan olmasının 155 illiyi tamam olur.

Muztv.az xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyinin üzvü Mahmud Əyyublu bildirilib ki, aşığın anadan olması geniş şəkildə qeyd ediləcək.

Aşıq Hüseyn 1863-cü ildə Tovuz rayonun Bozalqanlı kəndində anadan olub. Aşıq Hüseyn Bozalqanlı aşıq ədəbiyyatının və sənətinin dirçəldilməsində, yaşadılmasında misilsiz xidmətləri var. Aşığın dərin irsi tədqiqatçılar tərəfindən öyrənilib və bu ənənə hələ də davam etməkdədir.

Aşıq Hüseyn Bozalqanlının 2018-ci ildə ikicildlik əsəri çap olunub. O dövrün tanımış alimləri və qabaqcıl ziyalıları aşıqla sıx ünsiyyət saxlamışlar. Vəli Xuluflu “Koroğlu” dastanın bir neçə qolunu Aşıq Hüseyn Bozalqanlının söyləmələri əsasında yazıya köçürüb. Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunan ilk aşıqdır. O, “Qara Tanrıverdi”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı” dastanlarının yaradıcısıdır.

Xatırladaq ki, Sağlığında Əməkdar incəsənət xadimi adına layiq görülən Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edib, doğulduğu Tovuz rayonunda dəfn olunub. (Azərtac) 

461 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
11 Dekabr




















































10 Dekabr