"Atam mənə həmişçə dəstək olub" - müğənni
Mətanət Əsədova sənətdən getmək istəyir
Müğənni Kərim həmkarını sərt tənqid etd
Hülya Avşarın yeni fotoları

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Azərbaycan repinin banisi vəfat etdi 

04-08-2018


Azərbaycan repinin banisi Anar Nağılbaz vəfat edib. 

Muztv.az xəbər verir ki, bu barədə repçinin yaxınları məlumat veriblər. Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva oğlunun ölümünü təsdiqləyib. Ailə üzvləri bildiriblər ki, reperin ölümünə səbəb uzun müddətdir çəkdiyi stresdir.

Anar Nağılbaz 1974-cü il mart ayının 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb. 1992-ci ildə "Canlı klip şou" rep bəstəsini geniş ictimaiyyətə təqdim edib. 1993-cü ildə "Narkodünya" mahnısı ilə şöhrət qazanıb. 1990-1992-ci illərdə "Kirpi" jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olub. Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

 

651 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Oktyabr


22 Oktyabr