Müğənninin oğlu dünyaya gəldi - foto
Müğənnilər arasında buzlar əridi 
“Eurovision” təmsilçisinin bacısı ilə şəkli
Aygün Bəylər köhnə imicinə qayıtdı - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakıda 38 dərəcə isti olacaq  

11-07-2018


Azərbaycanda iyulun 12-nə olan hava proqnozu açıqlanıb.

Muztv.az  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-38, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyulun 12-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 28-32 dərəcə isti olacağı gözlənilir.

228 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22


















21