Cennifer Lopez yeni fotolarını paylaşdı
Zamiq Hüseynov solo konsert verəcək  
"Ailəm müəyyən səbəblərə görə dağıldı" - Elza  
Xatirə kişi xəyanətinin səbəbini qadınlarda görür

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Aşıqların davasına görə ATV-yə MTRŞ xəbərdarlığı etdi

11-07-2018


Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Muztv.az xəbər verir ki, MTRŞ-nın iclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib.Bildirilib ki, ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan olunub.

Xatırladaq ki, saz ifaçıları Namiq Fərhadoğlu ilə Fəzail Miskinli "10-dan sonra" verilişində əlbəyaxa davaya çıxıblar. Onların həmin an lentə alınan videosu sosial şəbəkədə paylaşılıb və tənqid edilib. Hər kəs aşıqların nalayiq söyüşlər söyməsini və dalaşmasını qınayıb. İfaçıların davasına həmkarları da biganə qalmayıblar. 

149 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18




































17