Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümü başa vurdu - foto
Günel Zeynalova açıq-saçıq geyindi - foto
Əməkdar Artist fərqli geyimlə gündəmə gəldi - foto
Əməkdar Artist: "Oğluma oxuyan qız almıram" - video

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Aybəniz Haşımova şəhid həyat yoldaşını xatırlatdı - foto

10-07-2018


Əməkdar Artist Aybəniz Haşımova sosial şəbəkədə şəhid olan həyat yoldaşı Xalid Quliyevlə bağlı xatirələrini bölüşüb.

Muztv.az xəbər verir ki, müğənni X.Quliyevin bu gün ölümünün ildönümü olduğunu yada salıb:

"İyul ayını heç sevmirəm. Əlimdə olsaydı iyulu təqvimdən silərdim. Amma neynəmək olar, yazılanların heç birini silmək olmur, əzizim. Bizim taleyimiz kimi. Her iyul yaxınlaşanda "yenə gəldin" deyirəm. Canımı yandıran, sümüyümü sızladan, göz yaşlarımı dayanmadan axıdan, gündüzümü gecəyə çevirən, gecələrimi qərib eyləyən, yatağımı zindan, pəncərə önünü ümid eyləyən, şəkli sinəmdə qalan...

26-ildir ki, iyulun 9-dan həyatımın necə döndüyünü bir Allah bilir. İraq balamın canından, heç kimi nə görmək, nə də duymaq istəyirəm. Kim deyir ki, illər ötür, hər şey unudulur, inanmayın. Heç nə unudulmur. Nə də yaddan çıxır. İndiyənə kimi yadımdadır ki, o, gün necə olmuşdu...

Ürəyim çox narahat idi. Ele hey düşünürdüm: görəsən Xalid nə edir? Sən demə, Xalid qanına qaltan olub. Özünü gözləyirdim, amma.. Getdim gördüm ki, anasıgilin həyətində hərbi maşında... Əsgərlər isə utandıqlarından üzümə belə baxa bilmirdilər. Sanki ölümündən özlərini günahkar bilirdilər. Bəlkə də günahkar idilər. Yenicə döyüşdən qayıdan, yorğun insandan təkrar döyüşə qayıtmasını istəməməliydilər. Bəlkə də məcbur idilər. Getdi... Xilas etdi xeyli əsgərimizi. Amma bir tək özünü xilas edə bilmədi. Evə gələcəkdi, yolunu gözləyirdim. Suqızdırıcı yanmışdıd eyə, qazın üstündə isti suyu, sevdiyi yeməyi belə hazır idi".

Xatırladaq ki, A.Haşımova mərhum həyat yoldaşının ölüm xəbərinin gəldiyi məktubu da izləyiciləri ilə paylaşıb.







83 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 İyul
















































15 İyul