Aktyor xanımına "Porsche" bağışladı
Seda Sayana görə həbsə düşdü
Bülent Ersoy yeni ifaçılardan gileyləndi
Ancelina Coli razılığı pozdu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Dünya musiqiçiləri Bakıya toplaşacaqlar

09-07-2018


Bakıda iyulun 15-dən 20-dək Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İnternational Society for Music Education – ISME) 33-cü ümumdünya konfransı keçiriləcək.

Muztv.az  Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssisin iştirak edəcəyi konfrans Heydər Əliyev Sarayında, “Hilton Baku” mehmanxanasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında təşkil ediləcək.

İyulun 16-ı saat 18:00, Heydər Əliyev Sarayında Konfransın açılış mərasimi baş tutacaq.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Opera zalı"nda iyulun 17-də saat 12:00-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinovun çıxış edəcək. Eyni gündə Azərbaycan Milli Konservatoriyasının "Konsert zalı"nda saat 13:30-da konfrans çərçivəsində “Turkic Session” adlı xüsusi tədbir keçiriləcək.

Ümumdünya konfransının bağlanış mərasimi iyulun 20-də saat 16:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Opera zalı"nda olacaq.

255 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Dekabr


17 Dekabr