Aktyor xanımına "Porsche" bağışladı
Seda Sayana görə həbsə düşdü
Bülent Ersoy yeni ifaçılardan gileyləndi
Ancelina Coli razılığı pozdu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bu gün məktəblərdə "Son zəng" çalınır

14-06-2018


Bu gün Azərbaycan məktəblərində "Son zəng" çalınacaq.

Muztv.az xəbər verir ki, təhsil naziri Ceyhun Bayramovun “Son zəng” tədbiri haqqında imzaladığı əmrə əsasən, tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunmalıdır.
 
2017-2018-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.

2018-2019-cu tədris ilinin əvvəlinə respublikanın ümumtəhsil məktəblərinə gedəcək I sinif şagirdlərinin sayı 165 780 nəfər proqnozlaşdırılır.

Son zənglə əlaqədar iyunun 14-də Baş Polis İdarəsinin polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. 

Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək və orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq. Həmçinin “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

Xatırladaq ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. 

210 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Dekabr


17 Dekabr