Natavan Həbibi idmançı ilə şəkil çəkdirdi
Günel toya 5365 manatlıq libas geyindi - foto
Naibə Allahverdiyevanın makiyajsız halı - foto
Aysel Teymurzadənin yeni fotosu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Abbasa “papa, Rozaya “mama” deyən Hüseyni “satqın” adlandırdılar

11-06-2018


“M Group Production”nın təşkilati dəstəyi ilə yayımlanan “Maşın 16”nın növbəti səsvermə günü keçirilib.

Muztv.az xəbər verir ki, tribunaya ikinci dəfə səsverməyə viner Hüseyn Əzizoğlu çıxıb.

O, əvvəlcədən hədəfinin aktrisa Pərvin Abıyeva olduğunu desə də, sonda qərarını dəyişib. 60.30% səs toplayıb və Əməkdar Artist Abbas Bağırovu oyundan uzaqlaşdırıb.

Oyun ərzində Pərvinlə digər iştirakçılar arasında söz qalmaqalı yaşanıb. Pərvin dəfələrlə Abbası oyunun gedişatına işarə etsə də, o yalnız oyunu tərk edəndə aktrisanı başa düşüb.

Sosial şəbəkələrdə iştirakçıların biri-birinə dediyi sözlər geniş müzakirə mövzusuna çevrilib. Pərvinin Hüseynə “Sənin kimi “yubka” altına girmirəm”, Abbasın isə “Hüseyn Rozaya mama, mənə isə papa deyirdi” fikirləri izləyicilərin kəskin marağına səbəb olub. Hətta müğənnilər Natavan Həbibi, Rahidə Baxışova,  Murad Arif, aparıcı Günel Hümbətova və aktrisa Çimnaz Sultanova da Abbasın lehinə paylaşımlar edərək Hüseyni qınayıb, onu bu cür oyununa görə “satqın” adlandırıblar.

Son çıxışında Abbas Bağırov Hüseynə “Sən mənim və öz tamaşaçını aldatdın. Belə insanlar qalib olmurlar. Maşın heç sənin də olmayacaq. Bu günə kimi mən öz tamaşaçıma yalan danışmadım” deyib.

Xatırladaq ki, “Maşın 16” 5 iştirakçı ilə davam edir. Onlar Uran, Pərvin Abıyeva, Aytən Səfərova, Roza Zərgərli və Hüseyn Əzizoğludur.

Lamiyə Balacayeva 

139 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyun












































20 İyun