Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Səidə Sultanın videosu qalmaqal yaratdı
Aktrisa 89 yaşında bikinidə - foto
Məşhur ulduz geyimi ilə təəccübləndirdi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabah 32 dərəcəyə hazır olun - hava

17-05-2018


Azərbaycanda mayın 18-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Muztv.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 25-29, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-45 faiz təşkil edəcək.
 
Abşeron çimərliklərində - şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti olacaq.
 
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 18-də Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.  

121 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21












20