Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakıda 28 dərəcə isti olacaq

15-05-2018


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
 
Muztv.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, mayın 16-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. 
 
Atmosfer təzyiqi norma daxilində 763 civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz təşkil edəcək.
 
Abşeron çimərliklərində mayın 16-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.
 
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında mayın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 14-19, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza görə, mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi və komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.   

136 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr