"Atam mənə həmişçə dəstək olub" - müğənni
Mətanət Əsədova sənətdən getmək istəyir
Müğənni Kərim həmkarını sərt tənqid etd
Hülya Avşarın yeni fotoları

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Xalq Artisti 67 yaşına çatdı - Arif Quliyev təmtəraqlı doğum günü keçirmir - özəl 

16-05-2018


Görkəmli gülüş ustası, Xalq Artisti Arif Quliyevin bu gün doğum günüdür.

Muztv.az xəbər verir ki, sevimli aktyor "Muz Life" telefon açıqlamasında ad gününü təmtəraqlı keçirmədiyini söyləyib:

"Bu, adi 67 yaşdır. Əgər 65, yaxud 70 olsaydı, keçirərdim. Ona görə bunu qeyd etməyəcəyəm".
,
Əməkdar Artist bununla yanaşı, onu təbrik edənlərə sevgi dolu sözlərini çatdırıb:

"Məni təbrik edən bütün dost-tanışlarıma cansağlığı, xoş arzularımı bildirirəm. Bütün arzularınız ürəyinizcə olsun. Gözəl günlər, xoş anlar arzulayıram".

Xatırladaq ki, Prezident təqaüdçüsü Arif Quliyev 1949-cu ildə anadan olub. Azərbaycan teatr səhnəsində və televiziyasında müxtəlif səpgili və xarakterli obrazlar yaradıb. O, 1988-ci ildə Əməkdar artist fəxri adına, 1994-cü ildə Xalq Artisti fəxri adına layiq görülüb. Teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", "Zirvə" mükafatına və "Sənətkar" medalına layiq görülüb. 

Bununla bağlı süjetə mayın 16-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Nilufər Məmmədli

208 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Oktyabr


22 Oktyabr