Fahriye Evcendən rəngarəng fotolar
Xatun yeni fotosessiya etdirir
Safuranın oğlu ilə yeni fotosu
 Günelin 300 cüt ayaqqabısı var

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Aşıq Azər Xanlaroğlu dünyasını dəyişib - foto

12-05-2018


Aşıq Azər Xanlaroğlu vəfat edib.

Muztv.az xəbər verir ki, o, bu gün səhər müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanada rəhmətə gedib. Aşıq Azər uzun müddət qaraciyər çatışmazlığından və piylənmədən əziyyət çəkirdi. Bir neçə gün əvvəl isə onun vəziyyəi ağırlaşmış və xəstəxanaya yerləşdirilmişdi.

Bu gün məşhur Azərbaycan aşığı, mərhum Aşıq Xanların yadigarı sayılan Azər Xanlaroğlu son mənzilə yola salındı.  

Üç ildir “Hepatit B” xəstəliyindən əziyyət çəkən 33 yaşlı aşığın yaxın dostlarının dediyi kimi, Azərin xəstəliyi artıq son həddə çatmışdı. Aşıq Azər Xanlaroğlu bir yox, bir neçə xəstəliklə çarpışıb. “Hepatit B” xəstəliyindən də əziyyət çəkən aşığın ayaqları şişdiyi üçün yerindən tərpənə bilmirdi. Yataqdan qalxa bilmədiyi, ayaq ustündə durmaq mümkün olmadığı üçün məclislərdə iştirak edə bilmirdi və maddi sıxıntı çəkirdi. Xəstəliyinin müalicəsi mümkün olsa da, amma maddi vəziyyət buna imkan vermirdi.

Mərhum müsahibələrində demişdi ki, həqiqətən də yatağından dura bilmir: “Həkimlər deyirlər ki, xəstəliyin müalicəsi İsraildə mümkündür. Deyilənə görə, 60 min dollara başa gəlir”. Lakin o, İsrailə gedə bilməsə də xeyirxah insanların köməyi ilə ötən ilin martında Türkiyəyə aparılmış və oradakı özəl xəstəxanalardan birində ayağındakı damar genişlənməsinə görə əməliyyat olunmuşdu. İki ay orada müalicə aldıqdan sonra isə Vətənə qayıtmışdı.


Bu da Azərin taleyi, alın yazısı... İstedadlı aşığın həyatını qurtara bilməsək də, onu itirsək də, o, saza, sözə qiymət verənlərin, bütün sənətsevərlərin qəlbində əbədi yaşayacaq, hələ çox-çox məclislərdə məharətli ifaları yada düşdükcə, ona Allahdan qəni-qəni rəhmət oxunacaq.  

Xatırladaq ki, Aşıq Xanlar Azərbaycanın tanınmış el aşıqlarından biri olub. O da cavan yaşında dünyasını dəyişib. Otuz üç illik ayrılıqdan sonra aşıq Azər Badamdardakı qəbirstanlıqda atası ilə qovuşdu. Allah rəhmət eləsin, qəbirləri nurla dolsun!!! 

Bununla bağlı süjetə mayın 12-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

 











138 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May












































25 May