Fahriye Evcendən rəngarəng fotolar
Xatun yeni fotosessiya etdirir
Safuranın oğlu ilə yeni fotosu
 Günelin 300 cüt ayaqqabısı var

Facebook instagram Twitter Youtube
GÜNDƏM

"Musiqiyə sevgi ilə" yanaşan  MUZ TV Azərbaycan 6 yaşını qeyd edir - reportaj 

11-05-2018


MUZ TV Azərbaycan televiziyasının və muztv.az saytının yaranmasından 6 il ötür.

Muztv.az xəbər verir ki, Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan musiqi kanalı 2012-ci il mayın 11-dən fəaliyyətə başlayıb.

Ölkədə fəaliyyət göstərən yeganə musiqi televiziyası olan MUZ TV Azərbaycan kanalının yaradılmasında əsas məqsəd milli musiqi sənətini təbliğ etmək, insanın ruhunu qidalandıran musiqini ölməz mənəvi dəyər kimi çox milyonlu tamaşaçılara çatdırmaqdır. Telekanal Azərbaycan milli musiqisi ilə yanaşı, klassik və müasir Avropa, eləcə də dünya musiqisinin müxtəlif janrlarının ən yaxşı nümunələrini tamaşaçılara təqdim etməyi sahəsində ixtisaslaşan yeganə televiziya resursudu. Məqsədlərdən biri də tamaşaçıların, xüsusi ilə yeniyetmə və gənclərin musiqi zövqünün  formalaşması, onların yüngül, bayağı  “ musiqilərdən” uzaqlaşdırılması istiqamətində müxtəlif proqramlar hazırlamaqdır.

Televiziya yayıma başladığı ilk gündən tamaşaçıya musiqi xəzinəsinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, ayrı-ayrı proqramların canlı yayımları və canlı reportajlar kanalın əsas prioritetidir. Musiqiçilərin, aktyorların, sənətçilərin fərqli simalarının göründüyü televiziya ilk yayıma başladığı gündən, musiqi ilə bağlı informasiya bürosu eksklüziv xəbərlər, proqramlar hazırlayır və yayır. Azərbaycan estradasının, milli musiqisinin klassik ənənəsinin və müasir inkişafının təqdimatçısı kimi çıxış edən yeganə televiziya resursudur.

MUZ TV Azərbaycan yeni musiqiçilər nəslinin yetişdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar musiqiyə istiqamətləndirilməsi ilə bağlı layihələrin həyata keçirilməsini uğurla həyata keçirən ilk kanaldır. Hər mövsüm izləyicilərinə yeni layihələr təqdim edən MUZ TV Azərbaycan bu illər ərzində yüzlərlə televizya layihəsi, reportajlar, orjinal ideyalarla tamaşaçı rəğbəti qazanıb.

Hazırda MUZ TV Azərbaycan kanalında “Muz life”, “Arzumuz”, “Music-Box”, “Azəri klassika”, “Azəri Top-10", “Rus hiti”, “Stop”,  “Sorğumuz” kimi proqramlar yayımlanır. 

Televizya yayımıyla yanaşı, kanala məxsus muztv.az saytının mədəniyyət portal kimi fəaliyyəti də oxucuların maraq dairəsindədir. Muztv.az saytında isə gün ərzində ölkədə və dünyada baş verən ən son məlumatlar, Azərbaycan musiqisinin müxtəlif növlərinə, teatr və mədəniyyət sektoruna aid xəbərlər dərc olunur. Oxucular bu sayt vasitəsilə gündəlik 50-dən çox ən son xəbərlərlə tanış olmaq imkanı qazanırlar. Sayt həmçinin telekanalın "Muz Life" xəbərlər buraxılışının informasiya mənbəyi rolunu da oynayır və fəaliyyətini daha da təkmilləşdirir.   

Bir sözlə, MUZ TV Azərbaycan kanalı ölkədə musiqi anlamında özünü inkişaf etdirən bir kanaldır. Azərbaycanda musiqi sənətinin inkişafı üçün çalışan mədəniyyət kanalı xüsusi layihələri, özəl klipləri, filmləri və ayrı-ayrı proqramları ilə özünəməxsus tərzini ortaya qoyur, Azərbaycanın gözü olan milli müsiqinin dünyada daha da populyarlaşmasına kömək edir.

Xatırladaq ki, MUZ TV Azərbaycan kanalı "AZƏRSPACE 1 Peykində və bütün kabel televiziyalarında yayımlanır. Peyk tezlikləri belədir: Fre: 11175, Fre: 11135, Pol: H, S/R: 27500, FEC: 5/6

"Musiqiyə sevgi ilə" devizini özünə fəaliyyət istiqaməti seçən  MUZ TV Azərbaycan televiziya kanalının əməkdaşlarını 6 yaşı münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar diləyirik!

Yolunuz daim uğurlu və müvəffəqiyyətli olsun!!!


 
 

163 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May












































25 May