Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Ulu öndərə ümumxalq sevgisi, tükənməz məhəbbətin parlaq təzahürü - reportaj+foto 

10-05-2018


Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu, mədəniyyətimizin hamisi və ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

Muztv.az xəbər verir ki, ulu öndərin anadan olmasının 95-ci ildönümü Fəxri xiyabanda ümumxalq ziyarəti ilə qeyd edilir. Burada yaşanan izdiham xalqımızın ulu öndər Heydər Əliyevə tükənməz məhəbbətinin daha bir parlaq təzahürüdür. Mayın 10-da səhər tezdən Fəxri xiyabana üz tutan hər kəs ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini, liderlik və xilaskarlıq missiyasını axıradək şərəflə yerinə yetirdiyini yaxşı xatırlayır. Təsadüfi deyil ki, dahi şəxsiyyətin uyuduğu Fəxri xiyaban xalqımızın müqəddəs ziyarətgahına çevrilib. Bu may səhəri də qədirbilən insanlar müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş böyük şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmək üçün Fəxri xiyabana axışırlar. Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələri, o cümlədən mədəniyyət, incəsənət təmsilçiləri də var.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də Fəxri xiyabanda Ümummilli liderin məzarını ziyarət edib, ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra dövlət başçısı və ailə üzvləri Qala-Türkan yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak edib, həmin ərazidə ağac əkiblər. Dövlət başçısı və birinci xanım ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.

Bu arada yerli məşhurlarımızın bir çoxu şəxsi İnstaqram səhifələrində Ümumilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı dahi şəxsiyyətin fotosunu paylaşıblar. 

Onlar paylaşımlarına Heydər Əliyevin Azərbaycan adlı əsəri qurması haqqında xoş sözlər yazıblar. 
Məşhurlar arasında Xalq Artistləri Firəngiz Mütəllimova, Mələkxanım Əyyubova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Əməkdar Artistlər Rühəngiz Allahverdiyeva, Ədalət Şükürov, Mətanət İsgəndərli, Murad Dadaşov, Aybəniz Haşımova, Babək Niftəliyev, Manana Caparidze, rəqqasə Fatimə Fətəliyeva, müğənni Nura Suri, Aysel Əlizadə, Samir Piriyev, Nazim Məmmədov və başqaları yer alıb. 

Xatırladaq ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub. Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

​Əsgər Əlioğlu















226 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr