Nura doğum gününü Dubayda qeyd edib - foto
Cavidan Novruz aktrisaya tərif yağdırdı
Rəqsanənin Xalq Artisti ilə səmimi fotosu
Hava aprelin 24-də dumanlı olacaq

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Faiq Ağayev nə üçün Aygün Kazımovadan şikayətlənib? - əhvalat

20-04-2018


Azərbaycanın ən tanınmış müğənniləri, Xalq artistləri Faiq Ağayev Aygün Kazımovadan yaxşı mənada şikayətlənib. 

Muztv.az xəbər verir ki, onlar bir neçə gün əvvəl birlikdə kamera qarşısına keçiblər.

Faiq Ağayev verilişlərin birində xanım həmkarının hər gün ona mesaj yazdığını söyləyib. "Qızıl şlyager" hətta şikayət də edib. Belə ki, o, səhnəmizin divası Aygün xanımın onu tezdən yuxudan oyatmasından şikayətlənib:

“Səhər açılanda müxtəlif dillərdə mənə “sabahın xeyir” yazır. Mən də ona yazıram ki, “ay qız, yenə xortlamısan, səhər saat 7-dir”. Bundan əlavə, yeni mahnılarımızı da bir-birimizə göndəririk”.

Sevilən müğınnimiz Aygün Kazımova isə illər əvvəl planlaşdırdıqları duetin hələ də reallaşmamasının səbəbini belə izah edib:

“Yeganə problemimiz mahnıdır. Yaxşı mahnı olsa, oxuyacağıq”.

Diqqətə çatdıra ki, bir müddət əvvəl Əməkdar Artist Röya Ayxan da həmkarı Aygün Kazımova ilə küsülü olsa da, diva haqqında xoş sözlər demişdi. 

Xatırladaq ki, hər iki ifaçı vaxtilə Aygün Kazımovanın "Məhəbbət üçbucağı" klipində birlikdə çəkiliblər. Xalq Artisti Faiq Ağayev isə sonuncu dəfə “Yenə bizdən danışırlar”, Aygün Kazımova isə “Hardasan” adlı yeni mahnılarını sevənlərinin ixtitarına verib.

Bununla bağlı süjetə aprelin 20-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.  

Nilufər Məmmədli

23 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Aprel


















































22 Aprel