Arzu Rzayev qısa paltar geyinən qızlara baxır
Rihanna ərəb sevgilisi ilə Meksikada dalaşdı
Aybəniz Haşımova kökəlmədən əziyyət çəkir
Müğənni-rəqqasə qalmaqalı səngimir 

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabaha gözlənilən hava proqnozu

16-04-2018


Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
 
Muztv.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, aprelin 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. 
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
 
Gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti qeydə alınacaq.

48 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyul
























20 İyul